Xidmətlər

Geniş çeşidli xidmətlərimiz avadanlığın çatdırılmasından quraşdırılmasına qədər, habelə yüksək keyfiyyətli texniki xidmətləri əhatə edir. Biz, şəxsi evlər, mehmanxana və yaşayış kompleksləri, sənaye və ictimai binaları, həmçinin ticarət mərkəzləri, xəstəxana və təhsil müəssisələrini hidravlik və elektrik ötürücülü sərnişin və yük liftləri ilə təchiz edirik. Müştərinin istəyinə uyğun olaraq standart modelə, işləmənin və aksesuarların müxtəlif materiallarını tətbiq edirik, xüsusilə: müxtəlif döşəmə örtükləri, dekorativ işıqlar, kömür profillər, kabinin idarəetmə postları, sürahilər, fotoelementlər, güzgülər, musiqili müşayiət və s. liftlərin müasir dizaynını tamamlayaraq rəng çalarlarıyla birgə vahid gözəllik və komfort kompozisiyası yaradacaq.

Fəaliyyətimizin əsas istiqamətləri:

  • Lift, eskalator və travolatorların satışı (ünvana çatdırılması);
  • Lift, eskalator və travolatorların quraşdırılması;
  • Dizayn işləri;
  • Fəaliyyətimizin profilinə əsasən layihələrin hazırlanması;
  • Qaldırıcı qurğuların təkmilləşdirilməsi;
  • Metal konstruksiyaların layihələndirilməsi (liftlərin metal şaxtaları);
  • Lift, eskalator və travolatorların təmiri və texniki xidməti.

Dizayn işləri

Müasir dövrdə liftin dizaynı avadanlığın etibarlı və funksionallığı qədər vacibdir, lakin lift istehsalçıları kreativ fikirlərə sahib olmadıqları üçün adi işləmələri olan standart kabinlər istehsal edirlər. Lift interyerin vacib elementi, hətta bəzəyi olsun deyə dizayner işi vacibdir. Biz, metal panellərdən təbii ağaca qədər müxtəlif lift portalların işləmələrini təqdim edirik. Müxtəlif növ divar panelləri, formalı tavan astarları, müxtəlif növ sürahilər, kabin döşəməsinin işləməsi, sizin liftinizin görünüşünü tamamlayacaq. Biz lazımı tərzə uyğun olaraq müxtəlif növ işləmələr təqdim etməyə hazırıq. Müasir tərzdə işləmələr istənilən zaman daha çox metal, şüşə, güzgülər, müxtəlif fakturlu parçalar, mozaika, hətta giymətli daşlara diqqət yetirilir.

Fəaliyyətimizin profilinə əsasən layihələrin hazırlanması

Mütəxəssislərimiz lift, eskalator, travolatorlar üçün layihələrin hazırlanmasında sizə yardımcı ola bilərlər. Layihələrin hazırlanması fəaliyyətimizin profilinə əsasən həyata keçirilir.

Qaldırıcı texnikanın təkmilləşdirilməsi

Təkmilləşdirmə əsas ötürücü bucurqadı, idarəetmə stansiyası, lift kabinin kupesi və şaxta qapılarının çıxıntıları, habelə əlavə antivandalizm avadanlığı, fövqəladə işıqlandırmanın blokları və s.kimi iri ölçülü düyünlərin kompleks şəklində əvəz edilməsidir. Yeni liftin quraşdırılması kifayət qədər baha və qəliz prosesdir. Lakin liftin fəaliyyət müddəti bitib və ya köhnəlibsə, onu yenisilə əvəz etmək lazımdır. “Xəzər Lift Servis” MMC şirkəti bu problemin ən optimal həll yolunu, yəni mövcud olan lift parkının təkmilləşdirilməsini təqdim edir. Təkmilləşdirmənin məqsədi köhnəlmiş avadanlığın əvəzedilməsi, kabin kupesinin və şaxta qapılarının interyerinin yenilənməsidir. Təkmilləşdirmə zamanı müasir işləmə materialları, yeni texniki həllər və müasir texnologiyalar istifadə olunur. Çalışmayan liftlərin əvəzedilməsi yüksək texniki tələblərə cavab verir və parametrləri yeni komplektdən geri qalmır, bu isə maliyə vəsaitininin qənaətidir.

Lift, eskalator və travolatorların təmir və texniki xidməti

Müasir lift yüzlərlə nəhəng mexaniki və həssas elektron hissələrdən ibarətdir. Liftlərin texniki xidməti onların hər birinin etibarlı, fasiləsiz, ayrılmaz tərkib hissəsidir. Bunlar istismar zamanı hər növ nöqsanların aşkara çıxardılıb aradan qaldırılmasına imkan yaradır. Texniki xidmət lazımı qaydada göstərildikdə və təmir işləri vaxtında aparıldıqda lift ən təhlükəsiz nəqliyyat vasitəsidir. Ciddi texniki nəzarət və faktiki olaraq fasiləsiz təhlükəsizlik sayəsində (sürət həddi aşdıqda xüsusi “tutucular” kabini bələdçinin uzərində salladırlar), bədbəxt hadisə hallarının baş vermə ehtimalı istisna olunur.